GEOXRONOLOJİ CƏDVƏL

Yerin tarixinin bölündüyü şərti müddətin (era, dövr, epoxa və əsrlər) müəyyən ardıcıllıqla yerdəyişməsini göstərən cədvəl. Geoxronoloji və geostratiqrafik şkala adətən bir cədvəldə verilir. геохронологическая шкала geochronological scale
GEOXRONOLOGİYA
GEOİD
OBASTAN VİKİ
Geoxronoloji cədvəl
Geoxronoloji cədvəl ing. geochronological scale) — yerin tarixinin bölündüyü şərti dövrlərinin (era, dövr, epoxa və əsrlər) müəyyən ardıcıllıqla göstərən cədvəl. Geoxronoloji və geostratiqrafik şkala adətən bir cədvəldə verilir.
Cədvəl
Cədvəl: Statistik və ya faktoqrafik informasiyaları müəyyən qaydada və asılılıqla əks etdirən qrafiki forma; Operativ axtarış aparmaq üçün mümkün olan verilənlərin yığımı; hər bir verilənlər elementi yalnız bir metka (nişan) ilə, yaxud sabit yerləşdirmə ilə identifikasiya edilir; Qrafalar (xanalar) üzrə müəyyən qaydada yazılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı. Məsələn, dərs cədvəli, məlumat siyahısı; Sətirlərə və sütunlara bölünmüş nizamlanmış toplu halında ifadə edilmiş məlumatlar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Cədvəl axtarışı
table lookup ~ табличный поиск ~ çizelgeye bakma ~ cədvəl axtarışı – lazım olan verilənlərin qabaqcadan yaradılmış qiymətlər cədvəlində axtarılması üçün müyyən qiymətdən istifadə olunması prosesi. Məsələn, alış qiymətindən istifadə etməklə vergilər cədvəlindən uyğun dövriyyə vergisini axtarıb tapmaq lazımdır. table ~ таблица ~ çizelge ~ cədvəl – 1. Relyasiyalı verilənlər bazasında: eyni struktura malik verilənlər yığını. Bax: RECORD; Sin: DATABASE FILE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dövri cədvəl
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.
Elektron cədvəl
Elektron cədvəl — cədvəlin emalı üçün təyin olunan tətbiqi proqramlardır. Cədvəldə verilənlər sətir və sütunun kəsişməsindəki xanalarda saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər. Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların məzmununun dəyişməsi ilə ,bundan asılı olan xanadakı qiymət dəyişir. Geniş istifadə olunan elektron cədvəllər: Microsoft Excel, Lotusl -2 -3, Quattro və s. proqramlardır. Bu proqramların bəzi başlıca özəllikləri bunlardır: 1. Verilənlər (ədədlərlə nişanlanmış) sətirlər və (hərflərlə nişanlanmış) sütunlar boyunca düzülür. Verilənlərin daxil edildiyi hər bir yer (sətir və sütünün kəsişməsi) xana (CELL) adlanır. Siz ədədləri və ya hərfləri aşağıdakı misalda (kiçik mağazada müxtəli malların satış cədvəli) göstərildiyi kimi xanalara daxil edə bilərsiniz: 2. Əgər siz düstur daxil etmisinizsə, kompüter onu avtomatik hesablamalıdır.
12 cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası. == Haqqında == E.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.
Dövri cədvəl bloku
=== Bloklar === Bəzən, Atomların malik olduğu axırıncı elektronu hansı xarici elektron təbəqədə yerləşidiyinə görə dövrü cədvəli bloklara bölürlər. S-bloku ilk iki qrupu, yəni qələvi metallar və qələvi torpaq metallar, həmçinin hidrogen və helium elementlərini əhatə edir, P-bloku axırıncı altı qrupu (BNTKİ klassifikasiyası üzrə 13-dən 18-dək, amerikan sistemi üzrə IIIA-dan VIIIA-dək), digər elementlərdən əlavə bütün metalloidləri əhatə edir, D-bloku BNTKİ klassifikasiyası üzrə 3-dən 12-dək, amerikan sistemi üzrə IIIB-dan IIB-dək olan qruplardakı keçid metalları əhatə edir F-bloku adətən cədvəldən kənara çıxarılan lantanoidlər və aktinoidlərdən ibarətdir.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü — Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Dövri cədvəl qrupu
Dövri cədvəl qrupu - Qrup elementlərin şaquli sütunuda yerləşməsidir. Eyni qrupda yeləşən elementlərin elektron quruluşu və kimyəvi xassələri eynidir. İki yerə ayrılır: Əsas və əlavə yarımqrup elementləri.
XII cədvəl qanunları
12 cədvəl qanunları— E.ə 451–449-cu illərdə hazırlanmış və müasir dövrdə Avropa Hüququnun təməlini təşkil edən Roma hüququnun hüquqi əsası. E.ə. V əsrdə ilk Roma məcəlləsi — "12 cədvəl qanunları" qəbul edildi. Əsrlər boyu bu qanunlar Romada hüququn əsas mənbəyi sayılmışdı. Qanunlar şəhər meydanında qoyulan 12 taxta lövhədə yazıldığından "12 cədvəl qanunları" adlandırılmışdır. Ona görə, heç bir vətəndaş "qanunları bilməmək bəhanəsi" ilə məsuliyyətdən yayına bilməzdi. Bir sıra məlumatlara görə, vətəndaşlar sırasına qoşulan yeniyetmədən qanunları əzbər bilmək də tələb olunurdu. "12 cədvəl qanunları" adi hüquqların qələmə alınması idi. Buna daha çox plebeylər-sadə vətəndaşlar ehtiyac duyurdular. "12 cədvəl qanunları" bizim dövrümüzə gəlib çatmayıb.